Ermənistanda qrantların sayı ilk 9 ayda kifayət qədər aşağı düşüb.
Yenisabah.az “Joxovurd” qəzetinə istinadla xəbər verir ki, 2021-ci ildə rəsmi qrantların icrası kifayət qədər aşağı (29,3%) olub.
Erməni nəşri əlavə edib:
“Bu, xarici donorların verdiyi məqsədli qrantların (söhbət 10 milyard dramdan gedir) 64,0% aşağı olması ilə bağlıdır. Bununla yanaşı, 5 məqsədli proqram çərçivəsində nəzərdə tutulmuş 1,8 milyard dram məbləğində qrantlar tam, 13 proqram çərçivəsində nəzərdə tutulan vəsaitin isə qismən, 36,4%-i, yəni 4,7 milyard dramdan çoxu əldə edilməyib.
Qeyd edək ki, Ermənistan hökuməti Aİ-nin büdcəyə dəstək sazişində nəzərdə tutulan və Ermənistanda Covid-19-un qarşısının alınması tədbirlərinin həyata keçirilməsinə yönəldilməli olan 3,8 milyard dram məbləğində olan qrantları almayıb.
Rəsmi qrantların əhəmiyyətli dərəcədə aşağı icrası 3 ildən artıqdır ki, təkrarlanır. Buna səbəb Ermənistan hökumətinin qrantların alınması üçün lazımi ilkin şərtləri vaxtında yerinə yetirməməsidir”.