Ermənistana zərbə: “Zəngəzurun ekstremistlərdən təmizlənməsi hər mənada işimizə yarayıq” – Deputatbackend

Ermənistana zərbə: “Zəngəzurun ekstremistlərdən təmizlənməsi hər mənada işimizə yarayıq” – Deputat  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin 30 il ərzində törətdiyi cinayətlər və vəhşiliklər barədə bilgiləri fərqli dillərdə dünyaya tirajlamalıyıq”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanda baş verən siyasi gedişatı dəyərləndirən deputat Fazil Mustafa deyib.

Deputat hesab edir ki, Azərbaycan Ermənistanda baş verən hadisələri diqqətdə saxlamalı və buna qarşı tədbirlər görməyi vacibdir:

“Ötən həftə Qarabağdakı erməni separatçıları bəyan ediblər ki, 1 İyul 2021-ci ilədək “Dağlıq Qarabağ”dan 21.615 məcburi köçkün Ermənistan torpaqlarında yaşayır. Bu rəqəm şişirdilmiş olduğuna görə, öz rəqəmlərimizi gündəmə gətirməliyik. Bu arada erməni ombudsmanı bildirib ki, Dağlıq Qarabağ xalqı Azərbaycan ilə əsla sülh içində yaşamadı və yaşaya bilməz. Fikrimcə, bizim ombudsman da buna təqribən belə cavab verməlidir: “Ümid edirik ki, başınıza dəyən dəmir yumruqdan sonra tərbiyələnib sülh içində yaşamağa alışacaqsınız”.

Maraqlı işlərdən biri də budur ki, Ermənistan Azərbaycanın 2020-ci il Qarabağ Savaşı sırasında və sonrasında törətdiyi savaş cinayətlərini təqdim edən yeni bir web-səhifə açıb. Bu addıma mütləq qarşılıq verməliyik və ermənilərin 30 il ərzində törətdiyi cinayətlər və vəhşiliklər barədə bilgiləri fərqli dillərdə dünyaya tirajlamalıyıq. Müsbət işlərdən biri də budur ki, vaxtilə Ermənistana verilmiş Qərbi Zəngəzurda (Sünik rayonunda) ana müxalifətdəki “Hayastan” blokuna bağlı olan bəzi bələdiyyə başqanları həbs olunub. Zəngəzurun ekstremistlərdən təmizlənməsi hər mənada işimizə yarayıq. Allah qapılarını açmasın ki, biz Zəngəzur dəhlizini açaq”.

Gülşən

İnterpress.az