Ermənistan MSK Samvel Karapetyanın blokundan olan 106 deputatlığa namizədin qeydiyyatını ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” partiyalar blokunun seçki siyahısına daxil edilmiş 106 deputatlığa namizədin qeydiyyatını ləğv edib.
Qərara əsasən, həmin şəxslərin namizədlik statusuna rəsmi olaraq son qoyulub.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 106 namizədin öz namizədliyini geri götürməsi barədə ərizələri qanunla müəyyən edilmiş qaydada komissiyaya təqdim olunub.
Bildirilir ki, təqdim edilən bütün özünüimtina ərizələri notarial qaydada təsdiqlənib.
Xuraman Etibarlı
İnterpress.az






