Ermənistanda Atom Elektrik Stansiyası ildırım vurması səbəbindən fəaliyyətini dayandırıb.
İnterpress.az “RİA Novosti”yə istinadənə xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, atom elektrik stansiyası fövqəladə dayandırma rejimində enerji sistemindən ayrılıb.
Qeyd olunur ki, stansiya əməkdaşları onun yenidən işə salınması üzərində çalışırlar.