Ermənistanda Rusiya sərhədçiləriunin daha bir bazası LƏĞV EDİLDİbackend

Ermənistanda Rusiya sərhədçiləriunin daha bir bazası LƏĞV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Rusiya sərhədçiləriunin daha bir bazası ləğv edilib.

interpress.az xəbər verir ki, bu barədə erməni mediasına ictimai siyasətçi Edqar Qazaryan məlumat verib.

O bildirib ki, Rusiya sərhədçiləri təkcə Zvartnotsdan deyil, Yerasxavan (Arazdəyən – red.) ərazisindən də çıxarılıb.

“Rus sərhədçilərinin Paruyr-Sevak kəndindəki bazası da ləğv edilib. Bu, azərbaycanlıların ən azı Tiqranaşen (Kərki – red.) və Yerasx (Arazdəyən – red.) istiqamətində ehtiyatlı davranmalarına və hərbi əməliyyat keçirməmələrinə yeganə təminat idi.

Rusiya sərhədçilərinin bazası bu ərazidən çıxarılırsa, o demək deyil ki, Tiqranaşen və Yerasx düşmənə təslim olmayacaq vəziyyətdədir.

Bu bir məlumatdır, xəbərdarlıqdır ki, Yerasxavan yaxınlığında, Naxçıvanda Azərbaycanın birləşmiş ordusunun tank diviziyası yerləşdirilib. Onun yalnız bir döyüş tapşırığı var: İrəvan istiqamətində hücum. Bu qərar artıq qəbul edilib”, – Qazaryan deyib.

Xuraman Etibarlı

İnterpress.az