“Ermənistanın hazırkı vəziyyəti Türkiyə ilə yaxınlaşmanı zəruri edir” – Rəybackend

“Ermənistanın hazırkı vəziyyəti Türkiyə ilə yaxınlaşmanı zəruri edir” – Rəy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhməramlıların Qarabağda olması Moskvanın manevr imkanlarını artırır”.

Bu sözləri Qarabağda gedən son prosesləri dəyərləndirən politoloq Ramiyə Məmmədova İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin hələ də imzalanmamasının səbəbi Rusiyanın regionda mövcudluğudur:

“Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı son fikirləri geniş müzakirələrə səbəb olub. Belə ki, TRT Dünya Forumuna qatılan Klaar tviter hesabında yazdığı açıqlamada Türkiyənin danışıqlar prosesində mümkün iştirakından söz açıb. Klaar qeyd edib ki, Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var. Türkiyə rəhbərliyi Qarabağ münaqişəsinin həlli və Azərbaycanın tək olmadığını bütün dünyaya sübut etmək üçün və Türkiyənin Azərbaycanla münasibətlərinin nə dərəcədə yüksək olduğunu Şuşa Bəyannaməsi ilə təsdiqlədi. Eyni zamanda Türkiyə 44 günlük müharibədə Azərbaycanın ən böyük dəstəkçisi oldu. Bu gün Türkiyənin danışıqlarla bağlı təkliflər irəli sürməyə tamamilə haqqı çatır. Lakin bu, bir çox dairələr tərəfindən qəbul edilmirdi. Ona görə ki, Rusiya danışıqlar prosesində daha qabarıq rola malikdir. Eyni zamanda sülhməramlıların Qarabağda olması Moskvanın manevr imkanlarını artırır. Hesab edirəm ki, Ankaranın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı təkliflərinə Rusiya tamamilə “yox” deməyəcək”.