“Ərzaq və dərmanların ƏDV-si 2%-ə endirilməlidir” – İqtisadçıbackend

“Ərzaq və dərmanların ƏDV-si 2%-ə endirilməlidir” – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılması əlavə inflyasiya basqısı yaradır”.

Bu sözləri deputat Vahid Əhmədovun minimum əməkhaqqının 500 manat olması təklifinə münaisbət bildirən iqtisadçı Natiq Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təqaüdlərin də artırılmasına ehtiyac var. Çünki inflyasiya, qiymət artımı insanların sosial rifahına ciddi şəkildə mənfi təsir edib:

“İlk növbədə, qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır. Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödənişi, yəni, minimum əmək haqqının 25%-ni DSMF-yə ödəməlidir. Bu yanaşma qanundan çıxarılmalıdır. Minimum əməkhaqqı artdıqca DSMF-yə ödənişlərin də avtomatik olaraq artması doğru yanaşma deyil. Təklif edirəm ki, dövriyyənin 2%-i DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin. Ölkədə DSMF-nin işləmə qaydaları dəyişdirilməlidir. DSMF vətəndaşlardan topladığı vəsaiti, faktiki olaraq depoziti istədiyi kimi xərcləyən, buna görə vətəndaşa divident verməyən bir qurumdur

Daha bir problem odur ki, indiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılması əlavə inflyasiya basqısı yaradır. Ona görə də maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir. Ərzaq və dərmanların ƏDV-si 18%-dən 2%-ə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir. Bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar. Təbii ki, paralel olaraq xroniki “xəstəliyə” çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir”.