Əsas məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir – Deputatbackend

Əsas məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşı dayanıb. Bütün iqtisadi gücümüz artdıqca, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, onların sağlamlığının daim diqqətdə saxlanması və digər vətəndaşlarımızın rahatlığının təmin olunması baxımından da müəyyən addımlar atılır”.

İnterpress.az xəbər verir ki, bu sözləri  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, yeni yolların çəkilməsi, o cümlədən digər sosial layihələr, yeraltı və yerüstü keçidlərin inşası vətəndaşlarımızın rahatlığından daha çox onların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin bir formasıdır: “Dünən Prezident İlham Əliyev Mərdəkan-Zuğulba yolunda yeni istifadəyə verilən yerüstü piyada keçidinin açılışında iştirak etdi. Ölkədə onlarla bu cür keçidlər tikilib vətəndaşların istifadəsinə verilib. Ölkə başçısının bu yöndə fəaliyyətinin əsas məqsədi əhalinin rahatlığının və təhlükəsizliyinin təmin edilməsidir. Bu da onu göstərir ki, Prezident İlham Əliyev daim vətəndaşların sağlamlığı, onların sosial rifah halı və rahatlığının təmin olunması istiqamətində bu kimi layihələrin həyata keçirilməsini diqqət mərkəzində saxlayır, bu işlərin həyata keçirilməsi üçün daim öz tapşırıqlarını verir. Bu layihələrin hamısı dövlət hesabına həyata keçirilir”.

Bünyamin Bünyadzadə

İnterpress.az