Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları yenidən bloklayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Euractiv” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Budapeşt Ukrayna ilə danışıqların ikinci və üçüncü klasterlərinin açılmasını təsdiqləməkdən imtina edib.
Macarıstan tərəfi Kiyevin əvvəlcə etnik macarların hüquqları ilə bağlı sazişi yerinə yetirməli olduğunu bildirib.
Danışıqların hər mərhələsinin açılması üçün Aİ-yə üzv olan 27 dövlətin hamısının yekdil dəstəyi tələb olunur.
Xuraman Etibarlı
İnterpress.az






