Yunanıstan Meis adası yaxınlığında Türkiyə tədqiqat gəmisinə qarşı əks naviqasiya bildirişi yayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Yunanıstan tərəfi məlumat yayıb.
Afina Meis adası yaxınlığında Türkiyəyə məxsus tədqiqat gəmisinin fəaliyyəti ilə əlaqədar əks naviqasiya bildirişi yayıb.
Yunanıstan Antaliya stansiyası tərəfindən yayılan əvvəlki bildirişi “icazəsiz” adlandırıb.
Yunanıstan tərəfi tədqiqat işlərinin aparıldığı ərazinin ölkənin kontinental şelfi daxilində yerləşdiyini bildirir.
Xuraman Etibarlı
İnterpress.az






