PUA qalıqları yanğına SƏBƏB OLDU – Fermer CƏRİMƏLƏNDİbackend

PUA qalıqları yanğına SƏBƏB OLDU – Fermer CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rostov vilayətində fermer pilotsuz uçuş aparatının qalıqlarından yaranan yanğına görə cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rostov vilayətindən olan 64 yaşlı Aleksandr sahədə PUA qalıqlarının düşməsindən sonra baş verən yanğına görə 60 min rubl (təxm. 1 175 man) cərimələnib.

Fermerin vaxtında küləşi şumlamadığı və biçindən sonra qalan bitki qalıqlarını təmizləmədiyi bildirilib.

Sahənin sahibləri belə işlərin görülməsi üçün qanunda konkret müddətlərin müəyyən edilmədiyini iddia edirlər.

Fermer isə həmin vaxt başqa sahədə məhsulu xilas etməklə məşğul olub.

Yerli sakinlərin sözlərinə görə, fermerlərin bu cür cərimələnməsi artıq ilk hal deyil.

Xuraman Etibarlı

İnterpress.az