Rusiyada məktəblini öldürən yeniyetmənin Azərbaycanda axtarışda olduğu BİLDİRİLİR – FOTObackend

Rusiyada məktəblini öldürən yeniyetmənin Azərbaycanda axtarışda olduğu BİLDİRİLİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XMAO-da məktəblini öldürməkdə şübhəli bilinən yeniyetmənin Azərbaycanda axtarışda olduğu bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə 112 məlumat yayıb.

15 yaşlı yeniyetmənin Xantı-Mansiyskdə Muxtar Dairəsində məktəblinin öldürülməsi ilə bağlı saxlanıldığı bildirilir.

Ölən şagirdin anasının sözlərinə görə, uşaqlar yeddinci sinfə qədər birlikdə oxuyublar, daha sonra Dəmir Azərbaycana gedib.

Xantı-Mansiyskdə 15 yaşlı şagird dərsliklərini götürmək üçün məktəbə gedib və yoxa çıxıb.

Axtarış zamanı polis onun bıçaq yaraları olan cəsədini Sutormina küçəsindəki tərk edilmiş yardımçı binada tapıb. Yeniyetmənin çantası və dəftərləri qonşu otaqda tapılıb.

Şahidlər onu əvvəlki axşam keçmiş sinif yoldaşı 15 yaşlı Damir N. ilə birlikdə gördüklərini bildiriblər. Səkkizinci sinif şagirdi saxlanılıb.

O, mübahisə zamanı dostunu bıçaqladığını etiraf edib.

Qadının iddiasına görə, şübhəli şəxs böyük qardaşı ilə birlikdə atasını öldürərək meyitini parçalamaqda ittiham olunub və məhz bu səbəbdən fevral ayından bəri beynəlxalq axtarışa verilib.

Hazırda Dəmir məktəblinin qətlində şübhəli şəxs qismində həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az