İstanbulda döyüşçünün oğlu atasına kömək etmək üçün tatamiyə çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülər diqqət çəkib.
İstanbulda ACBJJ turnirində Racab Maqomedov cüdo-citsu döyüşü zamanı oğlu qəfildən tatamiyə çıxaraq atasına kömək etməyə çalışıb.
Uşaq döyüş meydanına qaçaraq atasının kürəyinə çıxıb.
Hakim uşağı meydandan uzaqlaşdıraraq qarşılaşmanı davam etdirib.
Sonda Maqomedov oğlunun köməyinə ehtiyac duymadan döyüşü qazanıb.
Xuraman Etibarlı
İnterpress.az






