Noyabrın 30-dan Qazaxıstana giriş ÖDƏNİŞLİ OLACAQbackend

Noyabrın 30-dan Qazaxıstana giriş ÖDƏNİŞLİ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan noyabrın 30-dan Rusiya vətəndaşları üçün ölkəyə giriş haqqı tətbiq edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, noyabrın 30-dan Rusiya vətəndaşlarının Qazaxıstana girişinə görə ödəniş tətbiq ediləcək.

Ödəniş əvvəlcədən, ən azı 72 saat əvvəl həyata keçirildikdə 3900 tenge (təxminən 14 man) təşkil edəcək.

Ödəniş birbaşa sərhəddə edildikdə isə məbləğ 7600 tengeyə (təxminən 28 man) yüksələcək.

Xuraman Etibarlı

İnterpress.az