Jirinovskinin keçmiş köməkçisi Ukraynada ÖLDÜbackend

Jirinovskinin keçmiş köməkçisi Ukraynada ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Jirinovskinin keçmiş köməkçisi Aleksandr Safonov Ukraynada ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Vladimir Jirinovskinin keçmiş köməkçisi Aleksandr Safonov (“Dərviş” çağırış adı ilə tanınırdı) Luqanskda xidmət edib.

Avqustun 25-də Safonov qəlpə yarası alıb. Zərbənin əsas hissəsi onun bronjiletinə düşsə də, qəlpələrin bir qismi başına dəyib.

Həkimlər üç gün ərzində onun həyatını xilas etməyə çalışıblar.

35 yaşlı Safonov xəstəxanada avqustun 28-də aldığı yaralardan vəfat edib.

Xuraman Etibarlı

İnterpress.az