Məhkəmə Mikael Arzumanyanı ev dustaqlığından azad edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məhkəmə Qarabağı tərk edən erməni separatçıların “komandanı” Mikael Arzumanyanın barəsində ev dustaqlığı qətimkan tədbirini inzibati nəzarətlə əvəz edib.
Arzumanyan 1 sentyabr 2022-ci ildə həbs edilib. O, 44 günlük müharibə zamanı baş vermiş döyüşlərlə bağlı iki epizod üzrə ittiham olunub.
2025-ci ilin oktyabrında məhkəmə onun həbsini ev dustaqlığı ilə əvəz etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






