Berlində hindistanlıya hücum edən türk SAXLANILDIbackend

Berlində hindistanlıya hücum edən türk SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlində hindistanlıya hücum edən Almaniya vətəndaşı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Berlin polisi məlumat yayıb.

Berlində 42 yaşlı Türkiyə əsilli Almaniya vətəndaşı 25 yaşlı hindistanlıya hücum edərək onun başına zərbələr endirib. Hücum zamanı şübhəlinin “hindliləri ovlayacağını” qışqırdığı bildirilir.

Polis axtarışı zamanı onun üzərindən bıçaq, qaz tapançası, döyüş sursatı və ultrasağçı “Boz Qurdlar”ın bayrağı götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az