Tim Kuk Apple şirkətinin rəhbəri vəzifəsini tərk edib.
İnterpress.az xəbər verir ki, Tim Kuk 15 il rəhbərlik etdiyi Apple şirkətində baş direktor vəzifəsini yeni CEO-ya təhvil verib.
Kukun rəhbərliyi dövründə Apple Watch, AirPods və M seriyalı prosessorlar təqdim edilib, Apple TV+ və Apple Music xidmətləri istifadəyə verilib, həmçinin iPhone Pro modelləri yaranıb.
Onun 15 illik rəhbərliyi dövründə şirkətin illik gəliri 108 milyard dollardan 416 milyard dollara yüksəlib.
Apple-ın bazar dəyəri isə 350 milyard dollardan təxminən 4 trilyon dollara çatıb.
Tim Kuk şirkətə 15 il rəhbərlik edərək bu vəzifədə Stiv Cobsdan iki il daha çox çalışıb.
Xuraman Etibarlı
İnterpress.az






