“Evdə qab yumaq istəmir, kül sənin kişi başına!“ – Əli Mirəliyevdən qalmaqallı sözlərbackend

“Evdə qab yumaq istəmir, kül sənin kişi başına!“ – Əli Mirəliyevdən qalmaqallı sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişilərin ev işi görməsini ayıb sayanlar əksəriyyəti təşkil edir. Onların əsas şüarı budur: “Kişi kimi yaşamışıq, kişi kimi öləcəyik!” Ev işlərində xanımına kömək edənlər azlıqdadır və adətən, geniş çevrədə bu haqda ucadan danışmaqdan çəkinirlər. Güclü cins nümayəndələri arasında bir tək-bir cüt adam taparsan ki, bunu etiraf etsin. Azərbaycan cəmiyyətində bu nadir nüsxələrdən biri müğənni Əli Mirəliyevdir.

müğənni olmağına baxmayaraq, ev işlərini özü görür:

“Şəxsən mən ev işlərini özüm görürəm. Arvad yalandan əski götürüb, başdansovudu silir, amma mən çarpayımı, divanı kənara çəkib döşəməni silirəm. Gözlə görünməyən künc-bucaqdakı tozu alıram. Qabları, bulaşığı əvvəl də yumuşam, indi də yuyuram. Yuxudan qalxan kimi yatağ örtüyümü də özüm dəyişib sahmana salıram.

Bir sözlə, hər şeyi özüm edirəm. Kimsə gəlib, kömək etmir”.

Müğənninin sözlərinə görə, kişilərin qadınlara kömək etməsində eyibli heç nə yoxdur:

“Bununun nəyi ayıbdır ki?! Kişlər kişiliyini çöldə işləmələri ilə göstərməsinlər, məişətdə göstərsinlər. Qab-qaşıq yumağa arvad işi kimi baxmaq əsla düzgün deyil…. Kül sənin kişi başına, guya əsgərlikdə qab yuyub, yataq düzəltməyib. Bəlkə də əsgər getməyib. Türkiyədə əsgərlikdə olmayana qız vermirlər. Bizimkilərin yarısı əsgərlikdən qaçıb, orada-burada gizlənib, amma özünü kişi sayır”.