Alimlər xaosun əslində beynin daha səmərəli və azad fəaliyyətinin göstəricisi olduğunu sübut ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Araşdırmalara əsasən, evdəki dağınıqlıq və səliqəsizlik yüksək intellektin, eləcə də inkişaf etmiş koqnitiv (dərk etmə) qabiliyyətlərin əlaməti hesab olunur.
Alimlərin fikrincə, xaos beynin iş xüsusiyyətləri ilə birbaşa bağlıdır: kənardan hər şeyin səpələndiyi və qarışıq olduğu görünsə də, əslində bu, gizli bir nizamdır. Əşyalar elə yerləşdirilib ki, sahibinə onları tapmaq və istifadə etmək daha asan olsun.
Bu nəzəriyyə uşaqlar üzərində də sınaqdan keçirilib. Məlum olub ki, balacalar qeyri-standart tapşırıqların öhdəsindən yeniyetmələrdən daha tez gəlirlər. Çünki onlarda hələ sərt davranış qəlibləri formalaşmayıb və beyinləri daha azad fəaliyyət göstərir.
Xuraman Etibarlı
İnterpress.az






