“Facebook” ABŞ-da etirazçılara silah verilməsini müzakirə edən səhifələri blokladıbackend

“Facebook” ABŞ-da etirazçılara silah verilməsini müzakirə edən səhifələri blokladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” ABŞ-da etirazçılara silah verilməsi məsələsini müzakirə edən qrupların səhifəsini bloklayıb.

CNN bu barədə şirkətin əməkdaşlarının açıqlamalarına istinadla xəbər yayıb.

Bildirilir ki, “Facebook” “American Guard” qrupu ilə əlaqə saxlayan istifadəçiləri izləyib.

Onların afroamerikalının öldürülməsindən sonra ABŞ-da başlayan etiraz aksiyalarının iştirakçılarına silah verilməsi ilə bağlı müzakirələr apardıqları qeyd olunub.

Şirkətdən bildiriblər ki, istifadəçilərinin silahla bağlı müzakirə aparmamalarına baxmayaraq, “Proud Boys” qrupunun hesabı da bağlanılıb.

“Facebook”dan verilən məlumata görə, şirkət daha əvvəl hər iki qrupa qarşı tədbir görməyi planlaşdırıb və qruplarda etirazların müzakirə edilməsi bu prosesi sürətləndiriblər.