“Facebook” Trampın seçki qərargahının videoçarxını silibbackend

“Facebook” Trampın seçki qərargahının videoçarxını silib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” Trampın seçki qərargahının videoçarxını silib.

“RİA Novosti” agentliyinin yaydığı xəbərə görə, “Facebook” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın seçki qərargahının videoçarxının 39 versiyasının nümayişini qadağan edib.

Videoçarxda deyilirdi ki, ölkəyə çoxlu sayda qaçqının gəlməsi koronavirusa yoluxma təhlükəsinin artması ilə bağlıdır. Sosial şəbəkənin nümayəndəsi Endi Stoun deyib:

“Biz bu reklamı rədd etdik, çünki insanların fiziki təhlükəsizliyinə, sağlamlığına və həyat qabiliyyətinin dəstəklənməsinə milli mənsubiyyətindən və miqrasiya statusundan irəli gələrək başqa insanların təhlükə yaratması barədə iddiaları qəbul etmirik”.

Videoçarxda Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin ölkənin sərhədləri barəsində çıxışı təqdim olunub. Çarxın üstündə “qaçqınların sayının artmasının sağlamlığa təhlükə olması” haqqında mətn yerləşdirilib. Çarxda, həmçinin Baydenin dövründə Suriya, Somali və Yəməndən ABŞ-a gələn qaçqınların sayının 700% artacağı barədə danışılıb, lakin bu informasiyanın mənbələri açıqlanmayıb. Bu videonun versiyalarından birinə Floridanın, digərinə Şimali Karolinanın “Facebook” istifadəçiləri baxıblar. Onlar bu statusa 60-70 min dəfə reaksiya veriblər.

Trampın qərargahında “Facebook”un addımına münasibət bildirərək deyiblər ki, Bayden prezident seçilsə və qaçqınların ölkəyə gəlməsinə imkan versə, amerikalıların koronavirusa yoluxma riski xeyli artacaq. ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək, bəzi ştatlarda vaxtından qabaq səsvermə artıq başlayıb. Prezident Donald Tramp ikinci müddətə namizədliyini irəli sürüb və o, prezident kürsüsü uğrunda Co Baydenlə mübarizə aparacaq.

İnterpress.az