“FETÖ Türkmənistanı da hədəfə alıb” – Türkiyənin Aşqabaddakı SƏFİRİ – FOTObackend

“FETÖ Türkmənistanı da hədəfə alıb” – Türkiyənin Aşqabaddakı SƏFİRİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ Türkmənistanı da hədəfə alıb.

interpress.az xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Əhməd Demirok Türkiyənin Demokratiya və Milli Birlik Gününə həsr olunmuş tədbirdə bildirib.

“Qardaş, dil və dini bağlarımızdan istifadə edən FETÖ uzun müddətdir ki, Türkmənistan da daxil olmaqla bir çox ölkələri hədəfə alıb və böyük şəbəkələr yaratmağa nail olub… Bu məkrli quruluşun əsl mahiyyətini vaxtında dərk edən və FETÖ məktəblərini bağlayaraq mübarizəmizə dəstək verən Türkmənistana minnətdarıq”, – səfir vurğulayıb.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.

Xuraman Etibarlı

İnterpress.az