Finlandiya az sayda “Leopard” tankını Kiyevə verməyə hazırdırbackend

Finlandiya az sayda “Leopard” tankını Kiyevə verməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finlandiya Ukraynaya yalnız az sayda “Leopard 2” tankı göndərə biləcək”.

“Report” xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö bəyan edib.

“Əgər bəzi ölkələr “Leopard 2” tanklarını Ukraynaya təhvil versə, Finlandiyanın töhfəsi say baxımından çox böyük ola bilməz”-deyə, o bildirib.

Onun sözlərinə görə, bu, Finlandiyanın “NATO üzvü olmaması və Rusiya ilə sərhədi olması ilə bağlıdır.

Qeyd edək ki, “Yle” teleradio şirkəti mənbəyə istinadən xəbər verib ki, Finlandiya hakimiyyəti bir neçə dövlət dəstəkləyəcəyi təqdirdə Ukraynaya “Leopard 2” tankalarının göndərilməsinə icazə verəcək.