Finlandiya İsrail və İsveçdən 147 milyon avro məbləğində raketlər alacaqbackend

Finlandiya İsrail və İsveçdən 147 milyon avro məbləğində raketlər alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Müdafiə Qüvvələri İsrail və İsveçdən ümumilikdə 147 milyon avro məbləğində raketlər alacaq.

Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Qüvvələri İsraildən yüngül raket artilleriya sistemlərində istifadə üçün 122 mm-lik uzaqmənzilli raketlər alacaq”, – nazirlik bildirib.

Qeyd edilib ki, bu raketlərin qiyməti təxminən 70 milyon avrodur.

Bundan başqa, Finlandiya İsveçin “Saab Dynamics” şirkətinin istehsalı etdiyi “Bolide” hava-hava tipli raketlər də tədarük edəcək. Bu raketlərin qiyməti isə təxminən 77 milyon avro təşkil edəcək.