Finlandiya Rusiya vətəndaşının ömürlük həbs cəzasına məhkum edilməsini istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Finlandiyanın STT agentliyi məlumat yayıb. Finlandiya prokurorları Rusiya vətəndaşı Voislav Tordenin 2014-2015-ci illərdə Ukraynada törətdiyi hərbi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilməsini xahiş edib.
Torden bu illərdə Donbassdakı münaqişədə “DXR” və “LXR” tərəfində iştirak edən “Rusiç” təxribat-hücum kəşfiyyat qrupunun komandiri olub.
Tordenin işi üzrə dinləmələr bu gün başlayıb və ümumilikdə 14 dinləmə təyin edilib.
Dinləmələr təxminən 2 ay davam edəcək və yanvarın 31-də başa çatacaq. Hökmün mart ayında çıxarılacağı gözlənilir.
Torden günahı rədd edir.
Xuraman Etibarlı
İnterpress.az