“Fransa Senatının qətnaməsi müharibə tərəfdarlarının mövqelərini gücləndirir”.
Bu sözləri Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirən Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa senatının qəbul etdiyi qərar olduqca qərəzlidir:
“Fransa senatının qətnaməsi gözlənilən olsa da, bu ziyanlı qərar Azərbaycan və Ermənistanla münasibətlərin nizamlanmasının hazırkı mərhələsində sülh danışıqlarına böyük zərbədir. Əslində Fransa Senatı belə bir qətnamə ilə oyunpozanlıq edir, qərəzli və birtərəfli mövqeyini nümayiş etdirir. Senat sülh danışıqlarının əleyhinə olan qüvvələri fəallaşdırır, müharibə tərəfdarlarının mövqelərini gücləndirir. Fransa Senatının qətnaməsini Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin əleyhinə olan mövqe kimi dəyərləndirir və pisləyirəm”.