Fransada fişəng satışı qadağan edilibbackend

Fransada fişəng satışı qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın baş naziri Elizabet Borne 14 İyul Milli Günü çərçivəsində atəşfəşanlıq vasitələrinin satışına qadağa qoyulduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Le Parisien qəzetinə verdiyi açıqlamada Borne dünən Rəsmi Qəzetdə dərc olunan qərarla 14 İyul Milli Bayramı çərçivəsində atəşfəşanlığın satışının, daşınmasının və saxlanmasının qadağan edildiyini ifadə edib.

Bayram çərçivəsində müxtəlif şəhərlərdə atəşfəşanlıq nümayişləri təşkil edən işçilərin bu qadağadan azad olduğunu qeyd edən Borne, vətəndaşları qorumaq üçün də ciddi tədbirlər görəcəklərini bildirib.

Hökumət dəyişikliyi ilə bağlı iddiaları dəyərləndirən Borne, “şayiələrə cavab vermirəm” deyib.

Rəsmi Qəzetdə dərc olunan qərara görə, 15 iyula qədər atəşfəşanlıq satışı qadağan edilib.

Fransada şiddətli etirazlar

Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb.

Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşdular. Etirazçılar hüquq-mühafizə orqanlarına atəşfəşanlıq atıblar.

Gənci qətlə yetirən polis əməkdaşının cəzası dayandırılıb və barəsində həbs qətimkan tədbiri seçilib.