“Fransanın bu mövqeyi sülhə xidmət etmir” – RƏYbackend

“Fransanın bu mövqeyi sülhə xidmət etmir” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatında məlum müzakirələr zamanı ermənilərin Azərbaycan xalqının tarixi abidələrinə, milli-mədəni sərvətlərinə qarşı törətdiyi vəhşiliklərdən bəhs edilməyib

Bu sözləri politoloq Turab Rzayev İnterpress.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, qanun layihəsi tamamilə ədalətsiz şəkildə tərtib olunub: “Erməni əsilli qaçqınlardan söz edilib, bizim bir milyon qaçqın və məcburi köçkün haqqında ümumiyyətlə danışılmayıb. Ermənilərin Azərbaycan xalqının milli-mədəni abidələrinə sərvətlərimiz ə qarşı vəhşiliyi ümumiyyətlə görülməyib. Əvəzində guya bizim sistemli şəkildə erməni milli mirasını məhv etməyimizlə bağlı ortaya böhtan atılıb. Bizim şəhərlərə atılan raketlər, ölən körpələr və qadınlar, birinci Qarabağ müharibəsində itkin düşmüş 5 minə qədər şəxs, mina xəritələrinin verilməməsi ilə bağlı heç bir məlumat yoxdur. Qərar bizi sülhə çağırır, eyni zamanda isə Fransa hökumətinə Ermənistana silah vermək və təlim keçmək çağırışı yer alır. Bu necə sülhə çağırışdır. Aydın məsələdir ki, Fransanın bu mövqeyi sülhə xidmət etmir”.

İnterpress.az