FTB İran və Rusiyanı ABŞ-ın demokratik təsisatlarına zərbə vurmaqda ittiham edibbackend

FTB İran və Rusiyanı ABŞ-ın demokratik təsisatlarına zərbə vurmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin, Rusiya, İran və Şimali Koreya kimi ölkələr daha aqressiv şəkildə böyüyürlər. Onlar bizim əsas demokratik institutlarımız, milli təhlükəsizliyimiz və qanunun aliliyinə zərbə vurmaq üçün imkan tapırlar”.

Bunu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.

Eyni zamanda, FTB rəhbərinin fikrincə, ABŞ-ın iqtisadi və milli təhlükəsizliyi, eləcə də yenilikləri və ideyaları üçün ən böyük təhlükə Çindir. K.Rey FTB-nin “TikTok” sosial şəbəkəsindən istifadə, o cümlədən amerikalıların şəxsi məlumatlarının toplanması və oğurlanması da daxil olmaqla Çinin kibertəhlükəsizlik təhdidləri ilə bağlı yüksək narahatlığını qeyd edib.