Füzulidə “Böyük Qayıdışın İstedadları” layihəsi çərçivəsində tədbir keçirildibackend

Füzulidə “Böyük Qayıdışın İstedadları” layihəsi çərçivəsində tədbir keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Böyük Qayıdışın istedadları” layihəsi çərçivəsinə 30 may 2024-cü il tarixində Füzuli rayon Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Füzuli va Ağdam rayonlarının uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə konsert, sərgi və bədii qiraət müsabiqəsi keçirilib.

İnterpress.az xəbər verir ki, tədbirdə iştirakçılar tərəfindən Qarabağın təbiət gözəlliklərini vəsf edən peyzaj nümunələrinin sərgisi təşkil edilib, məktəblərin şagirdlərinin ifasında vətənpərvərlik və xalq mahnıları ifa edilib.

Layihə çərçivəsində həmçinin uşaqlarda vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirmək məqsədilə bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə iştirakçılarının ifalarında səsləndirilən şeirlər münsiflər tərəfindən qiymətləndirilib. Tədbir zamanı peşəkar fotoqraf tərəfindən uşaqlara təbiət fotolarını çəkmək dərsləri keçirilib.

Qeyd edirik ki, layihənin məqsədi işğaldan azad olunmuş ərazilərə qayıtmış sakinlərin övladlarının mədəni həyata daha sıx inteqrasiya olunması, onlardan istedadlı gənclərin aşkar edilərək gələcəkdə respublika va beynəlxalq səviyyəli müsabiqələrdə iştirakına dəstək göstərilməsindən ibarətdir.