Gəncə sakinindən silah-sursat götürülübbackend

Gəncə sakinindən silah-sursat götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər sakinindən silah-sursat götürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Gəncə şəhər sakini S.Bağırov tapdığı “Naqan” markalı tapançanı və 79 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Nəqliyyatda Baş Polis İdarəsinə təhvil verib.

Bundan başqa, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ümid qəsəbə sakini X.Verdiyevdən “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək götürülüb.