Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar varbackend

Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində minik və kiçik tutumlu yük avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.

“Daewoo” markalı kiçik tutumlu yük avtomobili ilə “Nissan” markalı avtomobilin toqquşması nəticəsində, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Fərid Seyidov və daha bir nəfər xəsarət alıb. Hər ikisi xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

 

 

 

İnterpress.az