Gəncədə iki avtomobil toqquşdu, sürücü öldübackend

Gəncədə iki avtomobil toqquşdu, sürücü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə martın 13-də saat 12 radələrində Gəncə şəhəri ərazisində baş verib.

Şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “Mercedes” və R.Abdullayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Abdullayev martın 14-də orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

 

 

İnterpress.az