Gənclər təşkilatları tərəfindən Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi – FOTObackend

Gənclər təşkilatları tərəfindən Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. 

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi.

Müasir gənclər siyasətinin banisi Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi xüsusi diqqət və qayğı hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir, bu gün gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızı işğal altından azad edərək, tarixi ədaləti bərpa etdi və Ulu Öndərin torpaqlarımızı azad görmək arzusu gerçəkləşdi.

Azərbaycan gəncliyi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə diqqət və qayğı siyasətinə görə minnətdardır. Gənclər davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolunda üzərilərinə düşən vəzifələri başa düşür və xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət etməkdən qürur duyurlar.

Ruhun şad olsun, Ulu Öndər!