Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunu maşın vurdubackend

Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunu maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda avtomobil iki nəfəri vurub.

Hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alan M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.