Göygöldə baş verən qəzada bir ailənin üç üzvü xəsarət aldıbackend

Göygöldə baş verən qəzada bir ailənin üç üzvü xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Qasımova Mahirə Qələndər qızı, 2007-ci il təvəllüdlü Qasımova Nuray Elsevər qızı və 2009-cu il təvəllüdlü Qasımova Fidan Elsəvər qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.