Gürcüstan ABŞ-ni ölkədəki çevriliş cəhdini pisləməyə ÇAĞIRDIbackend

Gürcüstan ABŞ-ni ölkədəki çevriliş cəhdini pisləməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan ABŞ-ni ölkədəki çevriliş cəhdini pisləməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstanın baş naziri Kobaxidze Vaşinqtonun hadisələrdə heç bir marağı olmadığını sübut etmək üçün ABŞ Dövlət Departamentini oktyabrın 4-də ölkədə dövlət çevrilişi cəhdini pisləməyə çağırıb.

“Dövlət Departamenti sübut etməlidir ki, o, “dərin dövlət”in təsiri altında deyil, Amerika xalqının obyektiv maraqlarından çıxış edir və bunun ən sadə sübutu çevrilişə cəhdi pisləmək olardı”, – o bildirib.

Xuraman Etibarlı

İnterpress.az