Gürcüstan mitinqlərin keçirilməsi qaydalarını SƏRTLƏŞDİRİRbackend

Gürcüstan mitinqlərin keçirilməsi qaydalarını SƏRTLƏŞDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan son etirazlar fonunda mitinqlərin keçirilməsi qaydalarını sərtləşdirir.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bundan sonra üzünü maska ​​ilə bağlamaq, gözyaşardıcı qaz və ya zəhərli maddələr saxlamaq, barrikadalar qurmaq 20 sutka müddətinə inzibati həbslə nəticələnəcək.

Silah saxlamaq iki aylıq həbs cəzasını nəzərdə tutur.

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kirtsxaliya keçirdiyi brifinqdə bildirib ki, təkrar cinayətlər bir ildən iki ilədək həbs cəzası nəzərdə tutur, polis əməkdaşlarını təhqir edənləri isə iki ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az