Gürcüstan ombudsmanı Nino Lomcariya Dmanisi rayonunda baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Xalq müdafiəçisi bu cür halların qarşısını almaq üçün vətəndaş inteqrasiyası prosesinin gücləndirilməsinə ehtiyacın olduğunu bildirib.
N.Lomcariya qeyd edib ki, insident zamanı hüquq mühafizə orqanlarının reaksiyası effektiv olmayıb: “Mübahisə iştirakçıları polisin gözü qarşısında bir-birlərinə fiziki təzyiq göstəriblər. Polis əməkdaşları baş verənlərə vaxtında reaksiya verə və gərginliyi azalda bilməyiblər”.
Ombudsman Dmanisi hadisələrinin hərtərəfli araşdırılması və gələcəkdə bu cür insidentlərə yol verilməməsi üçün dövlət orqanlarını təxirəsalınmaz və effektiv addımlar atmağa çağırıb.
İnterpress.az