Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq etdibackend

Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamenti səs çoxluğu ilə Baş nazir Giorgi Qaxariyanın başçılıq etdiyi yeni hökumətə etimad göstərdiyini bəyan edib.

İnterpress.az xəbər verir ki,  səsvermə Gürcüstan televiziyaları tərəfindən canlı yayımlanıb.

Giorgi Qaxariyanın başçılıq edəcəyi nazirlər kabinetində bir yeni nazir yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir.

Gürcüstanda 31 oktyabr parlament seçkilərindən sonra hakim “Gürcü Arzusu” partiyası parlamentdəki 150 yerdən 90-ını qazanıb.

Seçkilərin nəticələri təsdiqləndikdən sonra Gürcüstan hökuməti istefa vermişdi.

 

İnterpress.az