Gürcüstan Qara dənizdə ekoloji pozuntulara görə sanksiyaları sərtləşdirməyə hazırlaşır.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqiya bildirib.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında deyilir ki, Qara dəniz regionu ölkələri ilə uyğunlaşdırılması üçün dənizin çirklənməsinə görə cərimələrin artırılması nəzərdə tutulur.
Beləliklə, dənizə zərərli, çirkləndirici maddələrin, sənaye, texniki və ya digər növ tullantıların atılması üçün Gürcüstan qanunvericiliyinin pozulmasına görə 65 min laridən 100 min lariyə qədər cərimə nəzərdə tutulur.