Gürcüstandan olan QHT və media nümayəndələri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı ilə görüşüblər.
Azərbaycan-Türkiyə Evinin (ATEV) mərkəzi qərargahında baş tutan görüşdə, Azərbaycan-Gürcüstan münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Gürcüstanda və ölkəmizdə baş verən siyasi proseslərin mahiyyəti və əhəmiyyətindən söz açıb, Gürcüstandakı soydaşlarımızı maraqlarından sualları cavablandırıb.
Millət Vəkili Tənzilə Rüstəmxanlı Dost və strateji müttəfiqimiz olan Gürcüstanın siyasi təşkilatları və vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, həmçinin Gürcüstanın vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsindən danışıb. Gələcəkdə birgə layihələrin keçirilməsi müzakirə olunub.
Aktual Media – Aktual.ge-nin rəhbəri İlkin Hüseynov, Lider Media 24News.ge-nin rəhbəri Azər Məmmədov və Supta Ambavi – İnterpress.ge-nin rəhbəri Nahid Qurbanov çıxış edərək səmimi görüşə görə təşəkkür edərək, millət vəkili kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə müvəffəqiyyətlər arzu ediblər .
Qonaqlar bildiriblər ki, bu cür işgüzar görüşlər Gürcüstan və Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.