Gürcüstanlı siyasətçi: “Fransa Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına ciddi kölgə salır”backend

Gürcüstanlı siyasətçi: “Fransa Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına ciddi kölgə salır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa hökuməti 30 ildir ki, ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi, bir dəfə də olsun ədalətli bir mövqe ortaya qoymadı. Çünki burada türk faktoru var. Onlar türk xalqını hər zaman özlərinə dost deyil düşmən olaraq görüblər”.

Bu sözləri İnterpress.az-a Gürcüstan parlamentinin sabiq deputatı, ictimai-siyasi xadim Azər Süleymanov Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət birdirərkən deyib.

Onun sözlərinə görə, Fransanın bu addımı iki ölkə arasında gedən sülh danışıqlarına ciddi kölgə salır: “Bu hazırda mövcud siyasi proseslərdən sonra Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi tələbi”, Ermənistan və Azərbaycan arasında 9 noyabr razılaşmasının icrasına kölkə salır və gərginliyin yaranmasına təhrik edir.

Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibəti var. Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma DQR-in tanınması kimi cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir. Əgər Fransa tarixi həqiqətlərdən danışmaq istəyirsə ilk öncə özünün tarixdə törətdiyi qətliyamlara nəzər salsın. Şimali Afrika üzərində imperialist maraqları nəticəsində -Əlcəzairdə, Burkino-Fasoda, Ruandada və digər yerlərdə milyonlarla insanı qətlə yetirib, bir o qədərinə də zülm edib. Bundan irəli gələrək ilk növbədə keçmiş cinayətlərinə, törətdiyi soyqırımlara görə, beynəlxalq ictimaiyyətdən və həmin xalqlardan üzr istəməsi vacibdir. Ancaq üzr istəmək ədalətli tərəfin ata biləcəyi addımdır. Bu isə Fransa hökuməti ilə uzlaşmır”, – deyə Azər Süleymanov bildirib.

İnterpress.az