“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıbbackend

“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Haber Global” telekanalı bu gün Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı geniş reportaj hazırlayıb.

İnterpress.az xəbər verir ki, telekanalın əməkdaşı Murat Karataş Bakıdan qoşulduğu canlı yayımda seçki prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib.

O, seçkinin vaxtının noyabr ayında deyil, daha tez keçirilməsinin COP29-la əlaqəli olduğunu vurğulayıb.

O qeyd edib ki, sayca yeddinci parlament seçkilərində 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Müəllif nəzərə çatdırıb ki, budəfəki seçkiləri digərlərindən fərqləndirən əsas məqam onun bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağda baş tutmasıdır.

Süjetdə seçkiləri xeyli sayda beynəlxalq müşahidəçi, o cümlədən TÜRKPA, MDB, ATƏT, Türkiyə parlamentinin nümayəndə heyətinin müşahidə etdiyi qeyd edilib.

Həmçinin, Türkiyə parlamentinin nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi də xüsusi vurğulanıb.

Daha ətraflı videoda: