Hafiz Hacıyev Prezident İlham Əliyevi və partiya fəallarını təbrik edibbackend

Hafiz Hacıyev Prezident İlham Əliyevi və partiya fəallarını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi və partiya fəallarını təbrik edib.

İnterpress.az xəbər verir ki, Hafiz Hacıyev deyib:

“Yeni Azərbaycan Partiyasının 30 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət edib. YAP ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan bir partiyadır. Azərbaycan siyasi mühitinin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Yeni Azərbaycan Partiyasının Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını, cənab prezident, İlham Əliyev uğurla həyata keçirir. Buna görə də ölkəmiz regionda güc amilinə, Avropada və dünya birliyində söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlər qazanıb. Bu gün 30 illik uğurlu siyasi fəaliyyətin qələbəsini Qarabağın azad olunması təntənəsi ilə qeyd edirik. Bu əlamətdar hadisə münasibətilə cənab İlham Əliyevi və bütün partiya fəallarını təbrik edirəm”.

Fuad Rövşənoğlu

İnterpress.az