Haku adlı şpits tarixdə ilk dəfə polis sıralarına QƏBUL EDİLDİ – VİDEObackend

Haku adlı şpits tarixdə ilk dəfə polis sıralarına QƏBUL EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada ilk dəfə olaraq Pomeraniya şpitsi polis əməkdaşı olub.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Yaponiyada qeyri-adi bir hadisə qeydə alınıb. Haku adlı Pomeraniya şpitsi rəsmi olaraq polis sıralarına qəbul edilib.

Kiçik cüssəsinə baxmayaraq, Haku hər kəsi heyrətləndirib; o, imtahanları ilk cəhddən mükəmməl şəkildə verərək, alman çoban itləri də daxil olmaqla, 51 rəqibini geridə qoyub.

İndi bu tüklü “polis” müxtəlif istintaq hərəkətlərində iştirak edəcək: şübhəlilərin təqibindən tutmuş itkin düşmüş şəxslərin axtarışına qədər bütün tapşırıqları yerinə yetirəcək.

Polis əməkdaşları ona böyük ümid bəsləyir və işində tamamilə güvənirlər.

Xuraman Etibarlı

İnterpress.az