Harri Keyn 2023-cü ilin ən məhsuldar futbolçusu ünvanına sahib çıxıbbackend

Harri Keyn 2023-cü ilin ən məhsuldar futbolçusu ünvanına sahib çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

İnterpress.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda “Köln”ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Forvard cari ildə “Bavariya”, “Tottenhem” və İngiltərə yığmasının heyətində ümumilikdə 49 qola imza atıb.

“Mançester Siti”dən norveçli Erlinq Holann və “Əl-Nəsr”də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.