Hazırda Ukraynada vəziyyət necədir?backend

Hazırda Ukraynada vəziyyət necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynaya təcavüzü davam edir”.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujn məlumat verib.

Məlumata görə, qərbin hərbi yardım qərarından sonra ikinci gün işğalçı qüvvələr hücumlarını aktivləşdirib. Ötən gün ərzində Rusiyanın Ukraynanın Kiyev vilayətinin hədəf aldığı şəhərlərə raket hücumu nəticəsində 11 nəfər həlak olub. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, Qoloseyevski rayonuna raketin düşməsi nəticəsində bir nəfər ölüb, iki yaralı xəstəxanadadır. Ukraynanın hava hücumundan müdafiə sistemi Vinnitsa, Dnepropetrovsk, Odessa, Jitomir vilayətlərində işə salınıb. Odessada bir neçə partlayış baş verib. Şəhərdə iki elektrik stansiyası zədələnib. Ukrayna qüvvələri bu gün işğalçı qüvvələrin atdığı 55 raketdən 47-ni vurub. Bundan əlavə, məlum olub ki, Azov alayı rəsmən Ukrayna quru qoşunlarına qoşulub və Baxmutda döyüşür.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiyanın təcavüzü yalnız adekvat silahlarla dayandırıla bilər.

“Bu şər, bu Rusiya təcavüzü yalnız adekvat silahlarla dayandırıla bilər. Terrorçu dövlət başqa heç nə başa düşməyəcək. Bu gün biz daha bir böyük terror raket hücumuna tab gətirdik, bu zərbə partnyorlarımıza söylədiyimiz hər şeyi bir daha təsdiqləyir: Rusiyanın bu təcavüzünü ancaq adekvat silahlarla dayandırmaq olar. Rusiyaya qarşı yeni sanksiyalar – daha dəqiq desək, siyasi və iqtisadi silahlar, eləcə də hüquqi silahlar. Biz daha çox çalışmalıyıq ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü cinayətlərini cəzalandıracaq və bu müharibənin vurduğu bütün zərərləri Rusiyanın aktivləri hesabına ödəyən tribunal yaradılsın. Şəhərlərimizə qarşı atılan hər bir rus raketi, terrorçuların istifadə etdiyi hər bir İran pilotsuz təyyarəsi bizim daha çox silaha ehtiyacımız olan bir arqumentdir. Terrorçuları ancaq silahla zərərsizləşdirmək olar”, – deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.