Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkmə iclası keçirilib, o, özünü təqsirli bilməyib.
İnterpress.az-ın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Daha sonra 22 şahid epizodlar üzrə ifadə veriblər. Onlar məhkəmənin, prokurorun və müdafiəçinin suallarını cavablandırıb.
Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.